Bakıda 61 yaşlı kişi dəm qazından boğularaq ölüb.
"Report" xəbər verir ki, Qaradağ rayonu Sahil qəsəbə sakini 1965-ci il təvəllüdlü Şeydabəy Həsənbəyov yaşadığı evin hamam otağında ölüb.
Onun dəm qazından zəhərləndiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.