IMG-LOGO

Filip Ozobiç Azərbaycan millisinin sabiq üzvü Zaur Ramazanovun nailiyyətini təkrarlayıb

23 Feb 2026 11:02 5 baxış
IMG

"TuranTovuz"un yarımmüdafiəçisi Filip Ozobiç Azərbaycan millisinin sabiq üzvü Zaur Ramazanovun nailiyyətini təkrarlayıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, o, buna "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XXI turunun oyununda fərqlənməklə nail olub.

Ozobiç turnirdə 70-ci qolunu vuraraq bu göstəricidə Ramazanova çatıb.

Premyer Liqada 2016/2017 mövsümündə debüt edən Ozobiç "Qəbələ"də 16, "Qarabağ"da 35, "Neftçi"də 15 qol vurub. İndiki klubunda 4-cü dəfə fərqlənən yarımmüdafiəçi turnirdə 70 və daha çox qola sevinən 23-cü futbolçu olub. Ozobiç bu göstəricidə Zaur Ramazanova şərik olub.

1. Nazim Əliyev - 183

2. Müşfiq Hüseynov - 125

3. Rövşən Əhmədov - 116

4-5. Qurban Qurbanov - 115

Samir Ələkbərov - 115

6. Alay Bəhramov - 108

7. Nadir Nəbiyev - 103

8-9. Xaqani Məmmədov - 102

Vadim Vasilyev - 102

10. Kənan Kərimov - 101

11. Musa Qurbanov - 94

12. Fazil Pərvərov - 89

13. Samir Musayev - 88

14-15. Fərrux İsmayılov - 85

İmamyar Süleymanov - 85

16. Samir Əliyev - 84

17. İsmayıl Məmmədov - 76

18. İlham Məmmədov - 74

19. Azər İsayev - 73

20. Paşa Əliyev - 72

21. Badri Kvaratsxeliya - 71

22-23. Zaur Ramazanov - 70

Filip Ozobiç - 70

Qeyd edək ki, Ozobiç "23-lük"də karyerasını davam etdirən yeganə futbolçudur.

Xəbər lenti