IMG-LOGO

Günay Ağamalının döydürdüyü deyilən köməkçisi işdən çıxdı

23 Feb 2026 10:10 4 baxış
IMG
0 0

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Günay Ağamalının köməkçisi Pərviz Mirizadə işindən ayrılıb.

Lent.az "Oxu.Az"a istinadən xəbər verir ki, o, ötən həftə sözügedən vəzifəni tərk edib.

Xatırladaq ki, bir neçə gün əvvəl deputat Günay Ağamalının atası Fəzail Ağamalının yas mərasimində köməkçisi Pərviz Mirizadəni mühafizəçilərinə döydürməsi ilə bağlı iddialar yayılmışdı.

Lakin hər iki tərəf bu xəbərləri təkzib etmişdi.

Günay Ağamalı Fəzail Ağamalı Pərviz Mirizadə

Xəbər lenti