IMG-LOGO

Kürdəmirdə maşın 4 nəfəri vurdu

22 Feb 2026 22:37 2 baxış
IMG
1 1

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayon ərazisində baş verib.

Belə ki, hərəkətdə olan minik avtomobili 4 nəfəri vurub. Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə zamanı xəsarət alanların ikisinin azyaşlı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

qəza Kürdəmir

Xəbər lenti