Gəncə şəhərində xəstəxanaya ağır vəziyyətdə gətirilən azyaşlı uşaq dünyasını dəyişib.
Lent.az APA-ya istinadən xəbər verir ki, təxminən 3 yaşlarında olan uşaq Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin apardığı tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata əsasən, azyaşlının yüksək qızdırma səbəbindən vəfat etdiyi bildirilir.
Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.
gəncə azyaşlı qızdırma