IMG-LOGO

Gəncədə 19 yaşlı tələbə futbol oynayarkən vəfat etdi

21 Feb 2026 21:42 3 baxış
IMG
3 0

Gəncə şəhərində tələbə vəfat edib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Quba rayon sakini, 2007-ci il təvəllüdlü T.Quliyev futbol oynayarkən qəfil halı pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, müayinə zamanı onun həyatını itirdiyi müəyyən edilib.

Qeyd edək ki, mərhum 2007-ci il təvəllüdlü T.Nuriyev Quba rayonunda anadan olub. O, Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin II kurs tələbəsi idi.

İlkin məlumata görə, tələbə ürək tutmasından vəfat edib. Meyit müvafiq ekspertiza üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

gəncə tələbə

Xəbər lenti