IMG-LOGO

Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində Belarus yığmasına qalib gəlib

21 Feb 2026 18:48 3 baxış
IMG

Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün üçüncü oyununa çıxıb.

"Report" xəbər verir ki, B qrupunda Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 1:0 hesablı qələbəyə sevinib.

Matç Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilib.

Qalibiyyət qolunu 42-ci dəqiqədə Əli Bəşirov vurub.

Xəbər lenti