IMG-LOGO

Oğurluq iddiası ilə kişini döyüb öldürdü

21 Feb 2026 15:50 3 baxış
IMG
1 0

Türkiyədə oğurluq etdiyi iddia olunan kişini döyərək öldürüblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Konyanın Beyşehir adlanan ərazisində baş verib.

B.Y. R.Ö-nün araba ilə daşıdığı dəmirləri ona məxsus tikintidən oğurladığını iddia edib. Bu səbəblə o, R.Ö.-nü döyüb. Başından xəsarətlər alan kişi xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı B.Y. saxlanılıb və cinayət işi açılıb.

Hadisələr

Xəbər lenti