IMG-LOGO

"İtaliya futbolunun vəziyyəti belədir" - Anri Çempionlar Liqasındakı biabırçı məğlubiyyətlərdən DANIŞDI

21 Feb 2026 10:00 4 baxış
IMG
29 0

Çempionlar Liqasının əlavə pley-off mərhələsinin ilk oyunları Seriya A komandaları üçün məyusedici olub.

“Yuventus”u “Qalatasaray” 2:5 hesabı ilə darmadağın edib, “İnter”i “Bude-Qlimt” sensasiyalı məğlubiyyətə uğradıb (1:3) və “Atalanta” Dortmund “Borrusiya”sına (0:2) uduzub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, "Arsenal"ın əfsanəsi Terri Anri nəticələr barədə belə şərh verib: "Təəccübləndinizmi? Təəssüf ki, İtaliya futbolunun hazırkı vəziyyəti belədir".

Anri eyni zamanda soruşub: "İtaliya komandaları cavab oyununda geri dönüş edə biləcəklərinə əmindirlərmi?"

İdman xəbərləri

Xəbər lenti