Mehribanı cəbhəyə yollanmaq qərarından döndərmək mümkün olmadı.
Bunu "Report"un yerli bürosuna açıqlamasında fevralın 20-də Sumqayıtda dəfn olunan itkin-şəhid Mehriban Qarayevanın qardaşı Famil Qarayev deyib.
Onun sözlərinə görə, müharibəyə yollanmaq könüllülərin toplanış yerinə gedəndə bacısının da orada olduğunu görüb:
"Bacıma cəbhəyə getməyin onun üçün uyğun olmadığını desəm də, qərarından dönmədi. Dedi ki, sən nişanlısan, geri qayıt. Təxminən iki ay sonra onun itkin düşməsi barədə məlumat aldıq. Təcili Ağdama getdik, komandir bildirdi ki, aralarında Mehribanın da olduğu əsgərləri aparan avtomobil partladılıb və onları xilas etmək mümkün olmayıb. Şükür, neçə ildən sonra onu dəfn etdik, artıq bir məzarı var".