İran Silahlı Qüvvələri ölkənin cənubundakı Qeşm adası üzərində Amerika MQ-9 pilotsuz uçuş aparatını (PUA) vurub.
"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb.
"Bir neçə dəqiqə əvvəl Amerikaya məxsus MQ-9 pilotsuz uçuş aparatı ölkənin Qeşm üzərində inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin bir hissəsi olaraq ordunun müasir hava hücumundan müdafiə sistemlərindən atəş açaraq məhv edilib", - agentlik ordunun açıqlamasına istinadən bildirib.
ABŞ tərəfi hələlik bu məlumata şərh verməyib.
Mənbə: report.az