IMG-LOGO

NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb

07 Nov 2026 04:35 3 baxış
IMG

Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib.

"Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib.

Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyini irəli sürülərkən Trampın bəzi tərəfdarlarının xəyanət kimi qəbul etdiyi İranla müharibəyə son qoymağın vacibliyindən danışıb.

Bununla belə, Miller əvvəllər Ağ Evin Aparat rəhbərinin müavini vəzifəsində çalışarkən ABŞ Prezidentinin İrana qarşı siyasətini dəfələrlə açıq şəkildə dəstəkləyib.

Mənbə: report.az

Xəbər lenti