IMG-LOGO

Azərbaycan millisinin rəqibləri bu gün müəyyənləşəcək

08.02.2024 10:18 103 baxış
IMG

Bu gün futbol üzrə Millətlər Liqasının C divizionunda yarışacaq Azərbaycan millisinin rəqiblərinin adına aydınlıq gələcək.

Apasport.az xəbər verir ki, turnirin püşkatma mərasimi Bakı vaxtı ilə 21:00-da Fransanın paytaxtı Parisdə keçiriləcək. 

Püşkatmada yığmamız Kosova, Bolqarıstan və Farer adaları ilə birlikdə 2-ci səbətdə yer alacaq. Millimiz 1-ci, 3-cü və 4-cü səbətdəki komandalardan birinə rəqib olacaq.

Qeyd edək ki, qaydalara görə, Azərbaycan və Ermənistan yığmaları eyni qrupda yer ala bilməz.

UEFA Millətlər Liqası 2024/2025 mövsümü 8 fevral

A Liqası 1-ci səbət: İspaniya, Xorvatiya, İtaliya, Niderland 2-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan 3-cü səbət: İsveçrə, Almaniya, Polşa, Fransa 4-cü səbət: İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya

B Liqası 1-ci səbət: Avstriya, Çexiya, İngiltərə, Uels 2-ci səbət: Finlandiya, Ukrayna, İslandiya, Norveç 3-cü səbət: Sloveniya, İrlandiya, Albaniya, Monteneqro 4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan

C Liqası 1-ci səbət: Rumıniya, İsveç, Ermənistan, Lüksemburq 2-ci səbət: Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları 3-cü səbət: Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr 4-cü səbət: Belarus, Litva/Cəbəllütariq, Estoniya, Latviya

D Liqası 1-ci səbət: Litva/Cəbəllütariq, Moldova, Malta 2-ci səbət: Andorra, San Marino, Lixtenşteyn

Xəbər lenti