IMG-LOGO

Əməkdar artist: Süni intellektin mədəniyyətimizin inkişafına mane olacaq səviyyədə rol oynamasına imkan verilməməlidir

23 Jan 2026 15:59 3 baxış
IMG

Süni intellektin musiqi və mədəniyyətin inkişafına mane olacaq səviyyədə rol oynamasına imkan verilməməlidir.

Bunu "Report"a müsahibəsində əməkdar artist dirijor Əyyub Quliyev deyib.

Onun sözlərinə görə, süni intellektlə bağlı bu istiqamətdə nəzarət mexanizmi tətbiq edilməlidir:

"Söhbət bu bizə nə qədər lazımdır", "Hara qədər lazımdır" kimi suallara cavab verəcək bir mexanizmdən gedir".

Dirijor bildirib ki, musiqi təbii və canlı olmalıdır.

"Eləcə də musiqi insan tərəfindən yaradılmalı, insanın emosiya və düşüncələrindən süzülüb gəlməlidir. Əlbəttə, süni bir qüvvə tərəfindən müəyyən bir kompozisiya yaratmaq olar, hətta o mükəmməl səslənə, ideal harmonik təsirdə ola bilər, amma orada ruh, yaradıcı düşüncə, hiss, duyğu, emosiya olmayacaq. Doğrudur, texniki tərəqqi insanın həyatını yüngülləşdirir, asanlaşdırır, amma bu, müəyyən qədər olmalıdır".

Əyyub Quliyev süni intellektin qaçılmaz texniki proses olduğunu əlavə edib.

"Hesab edirəm ki, bu təsir zaman keçdikcə daha da dərinləşəcək. Bilirsiniz ki, texnika vaxt keçdikcə insanların həyatına daha da ciddi təsirlər edə, hətta insanları idarə edə bilər. Bu idarəetmənin belə açıq şəkildə süni intellektə verilməsi müəyyən problemlər yarada bilər".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Xəbər lenti