IMG-LOGO

Baqrat Qalstanyanın həbs müddəti daha iki ay uzadılıb

19 Feb 2026 17:20 2 baxış
IMG

Ermənistanda birinci instansiya məhkəməsi Tavuş yeparxiyasının başçısı, Ermənistan Apostol Kilsəsinin arxiyepiskopu, "Müqəddəs mübarizə" hərəkatının lideri Baqrat Qalstanyanın həbs müddətini daha iki ay uzadıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Prokuror Hayk Ovannisyan həbsin üç ay uzadılmasını xahiş edərək bildirib ki, Qalstanyan azadlıqda olarkən məhkəmə prosesinə mane ola bilər.

Qalstanyanın özü isə bəyan edib ki, qətimkan tədbirinin ev dustaqlığı, girov, ölkəni tərk etməmək barədə iltizam və ya inzibati nəzarətlə əvəz edilməsini qəbul etməyəcək.

Xəbər lenti