Türkiyənin Adana vilayətinin Ceyhan rayonunda məktəbliləri daşıyan avtobus dərəyə aşıb.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, avtoqəza nəticəsində 2-si ağır olmaqla ümumilikdə 9 nəfər xəsarət alıb.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.