IMG-LOGO

Mingəçevirdə I Qarabağ müharibəsinin itkin-şəhidi Şahin Kərimov dəfn edilib - YENİLƏNİB

19 Feb 2026 14:48 2 baxış
IMG

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Şahin Kərimov dəfn edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Mingəçevirin Şəhidlər xiyabanında dəfn edilib.

14:17

Mingəçevir şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Şahin Kərimovla vida mərasimi keçirilib.

"Report"un Qərb bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Mingəçevirin rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Şahin Heydər oğlu Kərimov 1972-ci il dekabrın 14-də Mingəçevirdə anadan olub. 1993-cü il aprelin 5-də Kəlbəcər rayonunda (Murovdağ silsiləsi) gedən döyüşlər zamanı itkin düşüb.

Ş.Kərimiv Mingəçevir şəhəri Şəhidlər xiyabanında dəfn ediləcək.

Xəbər lenti