Kolonializm siyasəti, qlobal bərabərsizlik dünya ölkələri arasında əməkdaşlığa mane olan başlıca amillərdən biridir.
"Report" xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, son illərdə bəzi ölkələr assimilyasiya prosesini tətbiq edir.
"Bu yöndə çirkin siyasi oyunlar aparılır, bəzi dövlətlər öz dilini, dinini, adət-ənəmnəsi başqa bir ölkədə tətbiq etməyə çalışır. Bu prosesi başqa adla təqdim etməyə çalışslar da, mahiyyət assimilyasiyadır".
A.Abbasov BTQ-yə qarşı təzyiqlərə də diqqət çəkib.
"Bakı Təşəbbüs Qrupu fəaliyyətə başladığı vaxtdan ona qarşı Fransa, Belçika və digər ölkələrdən təzyiqlər olub, lakin buna baxmayaraq, biz öz fəalıiyyətimizi fərqli-fərlqi beynəlxalq platformalarda fərqli müstəvilərdə həyata keçirmişik, bu belə də davam edəcək".
İcraçı direktor Virtual Muzeyin sıx və sağlam əməkdaşlığı qurmaqda mühüm rol oynadığını da deyib.
"Çünki ekspertlər, tədqiqatçılar bu platformalardan mötəbər mənbə kimi istifadə edə bilir".