IMG-LOGO

Orian Sinkon-Trolyu: Fransa kanakların azadlıq mübarizəsini terrorizm kimi təqdim edir

19 Feb 2026 12:25 4 baxış
IMG

Fransa kanakların azadlıq mübarizəsini təhrif edərək terrorizm kimi təqdim edir.

"Report" xəbər verir ki, bunu FLNKS-in siyasi bürosunun üzvü və Mouvement Océanien Indépendantiste (Yeni Kaledoniya) Məşvərət Şurasının üzvü Orian Sinkon-Trolyu Bakıda keçirilən "Neokolonializm və qlobal bərabərsizlik" mövzusunda konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, "Yeni Kaledoniya" adının özü müstəmləkəçilik xarakteri daşıyır, çünki bu ad əraziyə Qərb tarixi nöqteyi-nəzərindən onu "kəşf etmiş" avropalı dənizçi tərəfindən verilib.

"Müstəmləkəçilik strategiyaları bu torpaqları "sahibsiz ərazi" kimi təqdim edərək mənimsəyir və bununla da onların zəbt edilməsinə bəraət qazandırırdı", – Sinkon-Trolyu qeyd edib.

O əlavə edib ki, kanakların müstəqillik hərəkatı təkcə təbii sərvətlər uğrunda mübarizə deyil, həm də yerli əhalinin onilliklər boyu üzləşdiyi əziyyətlərə, sosial təcridə və sistemli bərabərsizliyə qarşı etirazıdır.

Xəbər lenti