Bu gün Xanabad kəndinə yola salınan ilk köç karvanı Xocalı şəhərinə çatıb.
"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, ilk mərhələdə Xanabad kəndinə 38 ailə (154 nəfər) köçürülür.
Ailələri Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
12:26
Xocalı rayonunun Xanabad kəndinə ilk köç karvanı yola salınıb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, ilk mərhələdə Xanabad kəndinə 38 ailənin (154 nəfər) qayıdışı təmin edilib.
Kəndə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


