IMG-LOGO

İrəvanda atışma baş verib: ölən var

18 Feb 2026 17:40 2 baxış
IMG

Bu gün İrəvanda atışma baş verib.

Bu barədə "Report" Ermənistan KİV-ə istinadən xəbər verir.

İlkin məlumata görə, 10 nəfər tibb müəssisələrinə yerləşdirilib. Yaralılardan biri ölüb. İki nəfərin vəziyyəti son dərəcə ağır, digərlərinin vəziyyəti isə stabildir.

Qeyd olunur ki, ən azı iki yaralının həyatı hələ də təhlükə altındadır. Hazırda onlar əməliyyat olunur.

İstintaq şöbəsində bir qrup şəxsə qarşı qəsdən adam öldürməyə cəhd və silah-sursatın qanunsuz saxlanılması, daşınması və istifadəsi ittihamı ilə cinayət işi başlanıb.

Hadisə yerində bir neçə giliz, qan izləri, bıçaq və üzərində atəş izləri olan "Leksus" markalı avtomobil aşkar edilib.

Xəbər lenti