IMG-LOGO

Aİ səfiri Azərbaycan xalqını müqəddəs Ramazan ayının başlaması münasibətilə təbrik edib

18 Feb 2026 18:00 2 baxış
IMG

Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç Azərbaycan xalqını müqəddəs Ramazan ayının başlaması münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, o, "X" hesabında müvafiq paylaşım edib.

"Avropa İttifaqının nümayəndəliyi Müqəddəs Ramazan ayı münasibətilə Azərbaycan və bütün dünyadakı müsəlmanları təbrik edir. Arzu edirik ki, bu müqəddəs ay sizə özünüzü daha yaxşı tanımağa kömək etsin, mənəvi yenilənməyə şərait yaratsın, sizə və yaxınlarınıza əmin-amanlıq gətirsin. Ramazan ayınız mübarək!", - səfir yazıb.

Xəbər lenti