IMG-LOGO

Kvaratsxeliya Çempionlar Liqasının antirekordunu təkrarladı

18 Feb 2026 17:22 3 baxış
IMG
0 0

Fransa çempionu PSJ-nin gürcü cinah oyunçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasının ən pis rekordunu təkrarlayıb. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, pley-offun ilk oyununda “Monako” ilə oyunda o, hədəfə düşməyən səkkiz zərbə endirib.

Fransalı Terri Anri iki dəfə eyni sayda zərbəni hədəfə düşmədən vurub - 2004-cü ildə “Çelsi” və 2006-cı ildə Moskva OMİK-i ilə oyunda.

PSJ 3-2 hesabı ilə qalib gəlib. Pley-offun ikinci oyunu fevralın 25-də keçiriləcək.

 

Futbol Xviça Kvaratsxeliya Çempionlar liqası pley-off

Xəbər lenti