IMG-LOGO

"Real" Fransa millisinin üzvünü heyətinə qatmaq üçün 100 milyon avro ödəmək istəyir

18 Feb 2026 16:07 2 baxış
IMG

İspaniyanın "Real" klubu Fransa millisinin futbolçusu Dezire Dueni heyətinə qatmaq üçün 100 milyon avro ödəmək niyyətindədir.

"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi yay transfer dönəmində 20 yaşlı vingeri almağı planlaşdırır.

PSJ klubunda çıxış edən oyunçunun baş məşqçi Luis Enrike ilə münasibətlərinin qaydasında olmadığı bildirilib. "Kral klubu" isə bundan yararlanmaq istəyir.

Xatırladaq ki, 2024-cü ildən Paris təmsilçisində çıxış edən Dezire Due cari mövsüm 23 oyunda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti