IMG-LOGO

Səfir və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Qlobal Bakı Forumuna hazırlığı müzakirə edib

18 Feb 2026 16:09 2 baxış
IMG

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov görüş zamanı XIII Qlobal Bakı Forumuna hazırlığı müzakirə ediblər.

"Report"un məlumatına görə, bu barədə səfir "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"XIII Qlobal Bakı Forumuna hazırlığı, həmçinin Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü fonunda həmrəyliyin, beynəlxalq hüququn və ədalətli sülhün bərpasının əhəmiyyətini müzakirə etdik", - paylaşımda qeyd edilib.

Xəbər lenti