IMG-LOGO

Kim Min Ce "Bavariya"dan ayrıla bilər

18 Feb 2026 16:24 2 baxış
IMG

"Bavariya"nın (Almaniya) mərkəz müdafiəçisi Kim Min Ce klubu tərk edə bilər.

"Report" xəbər verir ki, bu barədə "Sport Bild" nəşri məlumat yayıb.

Klubun idman direktoru Maks Eberl hələ ötən yay futbolçunun yaxın çevrəsinə yaxşı təklif olacağı təqdirdə, "Bavariya"nın onunla yolları ayırmağa hazır olduğunu bildirib. Hazırda Münhen təmsilçisinin bu məsələdə mövqeyi dəyişməz qalıb.

Artıq İngiltərə Premyer Liqasının iki klubunun cənubi koreyalı müdafiəçi ilə maraqlandığı qeyd olunur. Buna baxmayaraq, 29 yaşlı oyunçunun Münhendə özünü çox rahat hiss etdiyi və komandadakı durumundan məmnun olduğu bildirilir.

Qeyd edək ki, Kim Min Ce cari mövsümdə bütün turnirlər daxil olmaqla 23 matçda meydana çıxıb, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti