"Xankəndi"nin məşqçilər korpusunda yeni təyinat olub.
Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.
Elçin Sadıqov bölgə təmsilçisinin qapıçılar üzrə məşqçisi təyin edilib. 36 yaşlı mütəxəssis 2020–2025-ci illərdə "Səbail"in müxtəlif yaş qruplarında çalışıb.
UEFA-nın B kateqoriyalı məşqçi lisenziyasına sahib olan E.Sadıqovun son iş yeri 2025-ci ildə qapıçı-məşqçi vəzifəsində fəaliyyət göstərdiyi "Şəfa" klubu olub.