Göyçayda gənc qadının meyiti tapılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Göyçay şəhəri ərazisində qeydə alınıb.
Şəhər sakini olan 31 yaşlı S. İsmayılovanın meyiti yardımçı tikilidən aşkarlanıb. Qadının hansı səbəbdən ölməsi bəlli deyil.
Məlumata görə, bir müddət əvvəl onun azyaşlı övladı da dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Hadisələr qadının meyiti tapıldı Göyçayda uşaq öldü Göyçayda qadın meyiti tapıldı