Hazırda beynəlxalq hüquq ölkələrin təhlükəsizliyini təmin etmir.
"Report" xəbər verir ki, bunu Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Fərhad Məmmədov "C6: Vahid region, ortaq gələcək – Strateji dialoqun gücləndirilməsi" adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, belə olan halda dövlətlər "çətirsiz" qalır:
"Ona görə də burada coğrafi mövqedə qonşu ölkələrlə münasibət əsas yer tutur. Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq buna misal ola bilər. Region ölkələri bir-birinə təhlükə yaratmamalıdır. Hazırda ölkələrarası təhdidlər var. Bu danılmazdır. Regionda destruktiv rol oynayan ölkələr bu addımları ata bilər. Ancaq Mərkəzi Asiya ölkələrində belə bir şey yoxdur".
F.Məmmədov həmçinin qeyd edib ki, 90-cı illərdən, Azərbaycanla Ermənistan arasında müharibədən sonra reallıqlar dəyişib:
"Artıq iki ölkə arasında normallaşma prosesi başlayıb. TRIPP layihəsi regiona gələcəkdə böyük töhfə verəcək. C6 formatı isə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişafında daha yaxşı rol oynaya bilər".