IMG-LOGO

"Barselona"nın maraqlandığı müdafiəçilər açıqlanıb

18 Feb 2026 12:33 3 baxış
IMG

İspaniyanın "Barselona" klubu heyətinə yeni sol cinah müdafiəçisi cəlb etmək niyyətindədir.

"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik bu mövqeyə yeni futbolçu alınmasını istəyib.

Son ölkə çempionu hazırda üç oyunçunun namizədliyini nəzərdən keçirir. Bunlar Almaniyanın "Bayer 04" komandasında çıxış edən Alexandro Qrimaldo, Dortmund "Borussiya"sından Daniel Svensson və İtaliyanın "Napoli" klubundan Miqel Qutyerresdir.

"Barselona" cari mövsüm başa çatandan sonra bu müdafiəçilərdən birini heyətinə qatmağa çalışacaq.

Xəbər lenti