Son üç ildə Orta Dəhlizlə Azərbaycan ərazisindən yükdaşımalar 90 % artıb.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Mərkəzi Asiya İnstitutunun direktoru Javlon Vahabov "Əlaqəlilik və inkişaf: C6 əməkdaşlığının iqtisadi ölçüsü və dayanıqlı inkişaf" mövzusunda panel sessiyasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, 2025-ci il ərzində Azərbaycanla Özbəkistan arasında ikitərəfli ticarət həcmi də təxminən 90 % artıb.
"Azərbaycan Cənubi Qafqazda Özbəkistanın yüksək səviyyədə etibarlı münasibətlər qurduğu ilk ölkə olub və ikitərəfli dialoq statusu müttəfiqlik münasibətləri səviyyəsinə çatdırılıb. Bu baxımdan Azərbaycan Rusiya və Qazaxıstanla yanaşı üçlüyü tamamlayır", - o qeyd edib.