18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Belarusun paytaxtı Minskdə keçiriləcək Beynəlxalq İnkişaf Turniri üçün yekun heyəti müəyyənləşib.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmada 21 oyunçu yer alıb.
Turnirdə 8 komanda 2 qrupda yarışacaq. Azərbaycan millisi B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq. Komanda fevralın 19-da Rusiya, 20-də Özbəkistan, 21-də Belarusla üz-üzə gələcək.
Fevralın 23-də həlledici oyunlar keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.
Nr. Adı / Soyadı Klub 1 Nurəziz Əzizov Neftçi 2 Bilal Hacıyev Qarabağ 3 Uğur Qurbanlı Qarabağ 4 Rəşad Gülüşov Sabah 5 Atacan Məmmədov Marcet (İspaniya) 6 Səttar Tahirzadə Marcet (İspaniya) 7 Muhamməd Çodarov Marcet (İspaniya) 8 İsmayıl Səfərli Neftçi 9 Amin Rzayev Qarabağ 10 Sahib Xəlilli Neftçi 11 Eldar Abbasov Qarabağ 12 Raul İsaqov Kəpəz 13 Nihad Hüseynzadə Sabah 14 Musa Mustafayev Zirə 15 İbrahim Xəlilov Sabah 16 Samir Şərifov Sabah 17 Pünhan Kərimov Marcet (İspaniya) 18 Emin Süleymanov Neftçi 19 Əli Bəşirov Qarabağ 20 Kamal Zülfiyev Sumqayıt 21 Nicat Kərimov Sabah