Fevralın 18-də işğaldan azad edilmiş Xocalı rayonu Muxtar kəndi ərazisində mina hadisəsi baș verib.
Bu barədə Lent.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən məlumat verilib.
Məlumata görə, Agentliyin əməkdaşı 26 yaşlı Çobanov Vasif Fizuli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində əməkdaş sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb.
Vasif Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
Hadisələr ANAMA mina hadisəsi mina partlayışı Xocalı rayonu