Şahmat üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsinin birinci oyununda Ayan Allahverdiyeva ilk olaraq məğlubiyyət verilməsinin səbəbi müəyyənləşib.
"Report"un əldə etdiyi məlumata görə, 20 yaşlı idmançı yanlış olaraq ardıcıl ikinci dəfə heç-heçə tələb etdiyi üçün bu halla üzləşib.
Yarışın baş hakimi Lütfiyar Rüstəmov məsələni A.Allahverdiyevaya izah edib və onun buna görə uduzduğunu söyləyib.
Şahmatçı daha sonra Apellyasiya Komitəsinə müraciət edib və müsbət cavab alıb. Onun rəqibi Türkan Məmmədyarova da qərarla razılaşdığı üçün tərəflər arasında ilk partiyanın nəticəsi heç-heçə kimi rəsmiləşdirilib.
Azərbaycan çempionatında yarımfinal mərhələsinin cavab oyunları bu gün baş tutacaq.