IMG-LOGO

Millimizin keçmiş məşqçisi Messi və Ronaldonu Bethoven və Motsartla müqayisə etdi:  Amma Kriştianonu…

18 Feb 2026 09:38 3 baxış
IMG
62 0

Portuqaliya mediası ilə bu yaxınlarda söhbətində Azərbaycan milli komandasının da baş məşqçisi olmuş Fernando Santosdan kimi daha yaxşı oyunçu hesab etdiyi soruşulub: Kriştiano Ronaldo, yoxsa Lionel Messi.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, milli komandanı 2016-cı il Avropa çempionatında qələbəyə aparan Portuqaliya millisinin keçmiş məşqçisi düşünülmüş bir cavab verib.

"Dahilər müqayisəolunmazdır. Kimi üstün tutursunuz - Bethoven, yoxsa Motsart?"

"Messinin və ya Ronaldonun stilini üstün tuta bilərsiniz, amma hər ikisi təbiətcə dahidir."

İdman xəbərləri

Xəbər lenti