IMG-LOGO

Basketbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsi başlayır

18 Feb 2026 09:36 3 baxış
IMG

Baskbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə bu gün start veriləcək.

"Report" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Saat 16:00-da "Ordu" "Sumqayıt"la, 19:00-da isə "Sabah" "Quba" ilə üz-üzə gələcək. Hər iki görüş Bakı İdman Sarayında baş tutacaq.

Fevralın 19-da "Gəncə" - "Neftçi" və "Abşeron Lions" - "Şəki" oyunları təşkil olunacaq.

Xatırladaq ki, "Ordu" - "Sumqayıt" cütünün qalibi "Sabah" - "Quba" duelinin güclüsü ilə oynayacaq. "Gəncə" - "Neftçi" duelində sevinən tərəf isə "Abşeron Lions" - "Şəki" qarşılaşmasının qalibi ilə qarşılaşacaq.

Xəbər lenti