IMG-LOGO

Fərid Şəfiyev: Azərbaycan xarici siyasətini bağlılıq və şaxələndirməyə əsaslanaraq həyata keçirir

18 Feb 2026 09:48 3 baxış
IMG

Azərbaycan son altı il ərzində xarici siyasətini bağlılıq, şaxələndirmə və regional əməkdaşlığa əsaslanaraq həyata keçirib.

"Report"un məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "C6: Vahid region, ortaq gələcək – Srateji dialoqun gücləndirilməsi" adlı beynəlxalq konfransda deyib.

"Münaqişələr enerji və nəqliyyat marşrutlarına, həmçinin təchizat və sub-təchizat zəncirlərinə ciddi təsir göstərir. Bu proseslər xatırladır ki, regionumuz üçün əlaqəlilik, şaxələndirmə və ortaq maraqlara əsaslanan regional əməkdaşlıq strateji davamlılığın əsas elementləridir", - o bildirib.

F.Şəfiyev qeyd edib ki, Asiya institutları ilə qarşılıqlı əlaqələri, strateji ittifaqları genişləndirən Azərbaycan ABŞ və Aİ ilə konstruktiv əməkdaşlığı davam etdirməklə yanaşı, xarici siyasətinin şərq istiqamətini möhkəmləndirib: "Bu kontekstdə Mərkəzi Asiya bizim üçün sadəcə qonşu deyil, strateji tərəfdaşdır".

Xəbər lenti