IMG-LOGO

Ucar sakini naməlum şəraitdə bıçaqlanıb

18 Feb 2026 01:55 4 baxış
IMG
1 0

Ucar sakininə naməlum şəraitdə ağır xəsarət yetirilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Oğuz küçəsində baş verib.

Belə ki, rayonun Qarabörk kənd sakini, 1998-ci il təvəllüdlü Mayis Sərdar oğlu Ağasıyev bədənin kəsilmiş-deşilmiş yaraları ilə ağır vəziyyətdə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Zərərçəkən təcili olaraq əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ucar

Xəbər lenti