IMG-LOGO

Qərbi Azərbaycan Xronikası: "Ermənilər bura 1828-1829-cu illərdə İrandan köçürülüb"

18 Feb 2026 00:57 3 baxış
IMG

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Qafqazın xəritəsində Beyxtaş kimi yazılan Bəkdaş" adlı süjet hazırlanıb.

"Report" xəbər verir ki, süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bəkdaş, Bələk (Balak), Bənövşəbuşt toponimi, Bərk dərə və Bərgüşad oronimi haqqında söz açılır.

Bildirilib ki, ermənilər tarix boyu yalan məlumatlar yaymaqla məşğul olub, bəd əməllərlə qidalanıblar:

"Haylar mənəvi dəyərlərə, insanlığa zərbə vuran, şər-böhtana əsaslanan qatı millətçi siyasətlə qədim türk məskənlərini viran qoyub, xarabalığa çevirib, izlərini itiriblər".

Bəkdaş Zəngəzur mahalının Qafan rayonunda kənd olub. Kənddə yaşayan azərbaycanlılar 1918-ci ildə ermənilər tərəfindən qırğınlarla qovulub, 1920-ci ildə öz evlərinə dönüblər. Bu türk yurdu 1973-cü ildə ləğv edilib və ölü kəndə çevrilib.

Bələk (Balak) Zəngəzur mahalının Sisyan rayonunda kənd adıdır. Bazarçay çayının sağ sahilində yerləşən kəndin adı 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə qeyd edilib. Ermənilər bura 1828-1829-cu illərdə İranın Salmas vilayətindən köçürülüb və azərbaycanlılar tarixi torpaqlarından qovulublar.

Bənövşəbuşt Zəngəzur mahalının Meğri rayonu ərazisində kənd olub. Əhalisi 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunandan sonra kənd xaraba qalıb.

Bərk dərə Dərələyəz mahalının Keşişkənd, sonralar Yeğeqnadzor adlandırılan rayonda dərə, Bərgüşad isə Zəngəzur mahalında dağ adıdır.

Sonda vurğulanıb ki, Qərbi Azərbaycan həm coğrafi məkan, həm də toponim olaraq oğuz-türk dünyası üçün zəngin tarixə və mühüm əhəmiyyətə malikdir:

"Təbii ki, indi ta qədimdən türk tayfalarının qurduğu, yaşadığı və milyon illik tarixin yaddaşına həkk olunmuş bu əraziyə qayıdışın, insani həyatın yenidən canlandırılmasının zamanıdır".

Daha ətraflı linkdə:

Qərbi Azərbaycan Xronikası: "Ermənilər bura 1828-1829-cu illərdə İrandan köçürülüb"

Xəbər lenti