IMG-LOGO

Hacıqabulda iki avtomobil toqquşdu, sürücü öldü

17 Feb 2026 22:17 3 baxış
IMG
0 0

Hacıqabulda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Navahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, KİA markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində birincinin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

qəza Hacıqabul

Xəbər lenti