IMG-LOGO

İranın Təhlükəsizlik Şurasının katibi Rusiyanın energetika naziri ilə görüşüb

17 Feb 2026 19:10 4 baxış
IMG

İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani tehranda Rusiyanın energetika naziri Sergey Tsivilyev ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlukmat yayıb.

19-cu İran-Rusiya Birgə İqtisadi Komissiyasının iclasında iştirak etmək üçün Tehrana səfər edən Rusiyanın energetika naziri bildirib ki, bu yüksək səviyyəli görüş əldə edilən nailiyyətləri ümumiləşdirmək məqsədilə keçirilib.

Rusiyanın energetika naziri öz növbəsində Tehran və Moskva arasında müsbət və konstruktiv münasibətləri vurğulayaraq qeyd edib ki, Rusiya və İran sıx əməkdaşlıq edir.

Görüş zamanı ikitərəfli əlaqələr və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti