IMG-LOGO

II Qareginin yaxın qohumları 1 milyon dram müqabilində ev dustaqlığına buraxılıblar

17 Feb 2026 19:23 4 baxış
IMG

Məhkəmə bütün ermənilərin katolikosu II Qareginin qardaşı və qardaşı oğlu - Gevork və Ambartsum Nersisyanları ev dustaqlığına buraxılıb.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri üç ay müddətinə ev dustaqlığı ilə əvəz olunub, həmçinin 1 milyon dram (təxminən 2,5 min dollar) məbləğində girov və yerə getməmək haqda iltizam təyin edilib.

Qeyd edək ki, Gevork Nersisyan və oğlu Ambartsum 2025-ci il noyabrın 3-də həbs ediliblər. Onlara seçkilərdə "Respublika" partiyasının seçkiqabağı təşviqatına mane olmaq ittihamı irəli sürülüb.

Xəbər lenti