UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda İngiltərənin "Nyukasl" klubu ilə üz-üzə gələcək "Qarabağ" oyundan əvvəl məşqə çıxıb.
"Report"un məlumatına görə, Qurban Qurbanovun komandasının Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.
Futbolçular isinmə hərəkətlərinin ardından müxtəlif təmrinləri yerinə yetiriblər.
Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.


