Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Nurlan Zərbalıyevin cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.
Lent.az xəbər verir ki, hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Nurlan Zərbalıyevin təqsirləndirildiyi 228.4-cü maddəsi ilə bağlı cəlbetmə müddətinin bitdiyini və özünü təqsirli bildiyini, qalan digər maddələr üzrə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib. Növbəti proses 24 fevrala təyin olunub.
Xatırladaq ki, Nurlan Zərbalıyev tanışı Qabil Təhmarovu qəsdən öldürməyə cəhddə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 29,120.2.2, 221.3 və 228.4-cü maddələri ilə ittiham irəli sürülüb.
Hadisələr