IMG-LOGO

Şahbuzda qaya uçdu, yol bağlandı - FOTO

17 Feb 2026 17:18 5 baxış
IMG
0 0

Şahbuz rayonunun Biçənək kənd avtomobil yolunda qaya uçqunu olub.

Lent.az xəbər verir ki, uçquna güclü qar və yağışların səbəb olduğu bildirilir.

Nəticədə Zərnətun körpüsünün yaxınlığına, yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb. Əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Qaya parçaları dağıdılaraq ərazidən yığışdırılıb, yolda hərəkət bərpa olunub.

Hadisələr

Xəbər lenti