Leninqrad vilayətindəki binada (Sankt-Peterburq yaxınlığında - red.) partlayış baş verib, tavanlar qismən çöküb.
"Report"un məlumatına görə, bu barədə REN TV xəbər verib.
İlkin məlumata görə, söhbət Sertolovoda yerləşən hərbi komendantlıqdan gedir.
"Baza" telegram-kanalının məlumatına görə, iki nəfər həlak olub, təxminən 3-4 nəfərin binanın üçüncü mərtəbəsində partlayışdan sonra dağıntılar altında qalması ehtimal olunur.
İkinci və üçüncü mərtəbələr, eləcə də tavan qismən uçub. Binanın daha da çökməsi riski qalır.
Fövqəladə hallar üzrə xidmətlərin əməkdaşları hadisə yerində işləyir.