IMG-LOGO

Armen Qriqoryan Qazaxıstan səfiri ilə TRIPP çərçivəsində iqtisadi imkanları müzakirə edib

17 Feb 2026 15:45 4 baxış
IMG

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qazaxıstanın İrəvandakı səfiri Bolat İmanbayevlə görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Onlar regional kommunikasiyaların açılması məsələsini, eləcə də "Tramp Marşrutu" (TRIPP) təşəbbüsünün reallaşdırılması nəticəsində formalaşacaq iqtisadi imkanları müzakirə ediblər.

İmanbayev Ermənistan-Azərbaycan münasibətlərinin müsbət dinamikasını yüksək qiymətləndirib və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb.

Bundan başqa, Qriqoryan və İmanbayev Ermənistan-Qazaxıstan ikitərəfli münasibətlərinin gündəliyinə toxunub, əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üçün yeni imkanları və istiqamətləri vurğulayıblar.

Xəbər lenti