IMG-LOGO

Yekaterinburqda Azərbaycan diasporunun keçmiş liderinə cəza istənilib

17 Feb 2026 13:33 4 baxış
IMG

Rusiyada dövlət ittihamçısı Uraldakı Azərbaycan diasporunun iki cinayətdə ittiham olunan keçmiş lideri Şahin Şıxlınskinin 23 il müddətinə həbsini tələb edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Şıxlınski ilə yanaşı, Səfərov qardaşları və Şücaəddin Rəcəbov da mühakimə olunur. Akif Səfərovun 23, Ayaz Səfərovun 22, Kamal Səfərovun 18, Bəkir və Məzahir Səfərovların 13, Şücaəddin Rəcəbovun isə 15 il müddətinə azadlıqdan məhrum edilməsi tələb edilib.

Xəbər lenti