Azərbaycan və İtaliya idman sahəsində və gənclər arasında əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov "X" hesabında yazıb.
"İdman və gənclər nazirinin diplomatik müşaviri Kristiano Musilyo ilə görüşmək şərəfinə nail oldum. Azərbaycan və İtaliya arasında çoxtərəfli münasibətləri, o cümlədən gənclər və idman sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etdik", - azərbaycanlı diplomat yazıb.