IMG-LOGO

Dövlət Xidməti: Bakının mərkəzində yanan bina dövlətin qoruduğu abidəyə bitişikdir

17 Feb 2026 12:34 5 baxış
IMG

Bakının Səbail rayonunun Lev Tolstoy küçəsində yanğın baş verən ikimərtəbəli yaşayış binası dövlət tərəfindən qorunan abidə deyil.

Bu barədə "Report"un sorğusuna cavab olaraq, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yanğın 3493 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə bitişik binada baş verib.

Məlumata görə, hazırda hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

Xəbər lenti